"Bank of Baku"nun kredit portfeli 640 milyon manatı ötüb | Banco.az

"Bank of Baku"nun kredit portfeli 640 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bank of Baku" bu ilin yanvar-sentyabr aylarında 24 milyon 317 min manat xalis mənfəət əldə edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 816 milyon 529 min manat olub ki, bu da bu ilin əvvəli ilə müqayisədə 115 milyon 298 min manat və ya 16,4% çoxdur.

Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 643 milyon 85 min manat, depozit portfelinin həcmi isə 451 milyon 780 min manat olub. Bunlar da ötən ilin sonu ilə müqayisədə müvafiq olaraq 65 milyon 551 min manat (11,4%) və 86 milyon 248 min manat (23,6%) çoxdur.  

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram