Bank of Baku-nun sponsorluğu ilə keçirilən Banco Academy kursları davam edir. | Banco.az

Bank of Baku-nun sponsorluğu ilə keçirilən Banco Academy kursları davam edir.

Bank of Baku-nun Baş Sponsorluğu ilə keçirilən Banco Academy kursları uğurla davam edir.

Banco.az portalının təşkil etdiyi kursların ikinci həftəsində iştirakçılar banklar haqqında bir çox məlumatları əldə ediblər. Növbəti dərslərdə Kredit işi, Plastik kartlar, Marketinq və Müştəri xidmətləri sahələri təcrübəli müəllimlərlə davam edəcək!

Bankların aparıcı mütəxəssisləri və professional kadrlar tərəfindən keçirilən dərslərdə həm nəzəriyyə, həm də praktiki mövzulara toxunulur. Hər bir mövzunu bu sahənin təcrübəli eksperti tərəfindən tədris olunur.

Banco.az portlanın təşkilatçılığı ilə “Banco Academy” kursları noyabr ayının 2-dən fəaliyyətə başlamışdır.

Dərslər 6 müxtəlif bank bölməsini əhatə etməklə 2 qrup üzrə təşkil olunub. Kursun iştirakçıları burada bank fəaliyyəti ilə bağlı ümumi anlayışları, əməliyyat sahəsini, kredit işinin təşkili,  plastik kartlarla iş, marketinq və müştəri xidmətləri sahələrinə dair həm nəzəri, həm də praktiki bilikləri mənimsəyirlər.

Təlimçilərin hər biri hal hazırda ölkənin aparıcı banklarında çalışan və  öz sahəsi üzrə bankda 7-8 il təcrübəyə malik şəxslərdir.

Qeyd edək ki, Layihənin baş sponsoru Bank of Baku, tərəfdaşlar isə Expressbank, Yapı Kredi Bank Azərbaycan və Nikoil Bank-dır.

Interaktiv keçən dərslər iştirkaçılarda böyük maraq oyadıb. Hər kəs kursu müvəffəqiyyətlə bitirən 5 nəfərdən biri olaraq banklarda təcrübəyə qəbul olmaq uğrunda və bank işini yaxından öyrənməyi qarşılarına hədəf qoyublar. Qruplar müxtəlif yaş və təhsil kateqoriyalarından olan şəxsləri əhatə edir.

Ən sərfəli kredit üçün müraciət et

Kursların sonunda keçiriləcək yazılı test əsasında seçiləcək 5 nəfər tərəfdaş banklarda təcrübəyə qəbul olunacaq.  Həmçinin əlavə edək ki, təcrübəçilərin sayı iştirkaçıların səviyyəsindən asılı olaraq artırıla da bilər.

Təlimin sonunda hər bir iştirakçıya xüsusi sertifikat veriləcəkdir. 

Təlimin sonunda yazılı test əsasında ən yüksək nəticə göstərəcək 10 nəfər Bank of Baku-da bir günlük gəzinti, tanışlq məqsədilə bankın baş ofisini ziyarət edəcək.

Banco Academy - Banka gedən yol bizdən keçir! Kurslar haqqında ətraflı məlumat burada - http://banco.az/az/bank-isi-kursu

 

Ən sərfəli krediti almaq üçün müraciət et