Bank of Baku-nun media ilə görüşündən görüntülər | Banco.az

Bank of Baku-nun media ilə görüşündən görüntülər

Bu il 20 illiyini qeyd edən Bank of Baku yubileyi münasibətilə əməkdaşlıq etdiyi media qurumları üçün 09.10.2014 tarixində “Media ilə görüş” tədbirini keçirdi.

Tədbirin əvvəlində gələn qonaqlara Azərbaycan mətbuatının yaranma tarixini yad etmək məqsədi ilə simvolik olaraq “Əkinçi” qəzeti paylanılıb.

Çıxış edən Bank rəsmilər qeyd ediblər ki, onlar keçdiyi bu inkişaf yolunda media nümayəndələri ilə birlikdə addımlayıblar və həmişə medianın dəstəyinə arxalana biliblər.

Daha sonra tədbirdə Bank of Baku-nun imic çarxı izlənilib. Tədbirin sonunda bankın əməkdaşlıq etdiyi agentlik və media nümayəndələrinə fəxri diplomlar verilib.

Daha ətraflı isə süjetdə izləyə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az olaraq, biz də daimi diqqətinə görə Bank of Baku-ya təşəkkür edirik, uğurlarının daha çox olmasını arzu edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et