Bank of Baku-nun kredit portfeli 16% böyüyüb | Banco.az

Bank of Baku-nun kredit portfeli 16% böyüyüb

Banco.az saytı Bankın cari ilin maliyyə nəticələrinə istinadən bidirir ki, Bank of Baku-nun kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artaraq, 605660,73 min AZN-ə çatıb.

Bununla bərabər, digər göstəricilərdə də artım qeydə alınıb.  2013-cü ilin 3-cü rübü ilə müqayisədə bankın cəmi kapitalı 6,7%, müştəri depozitləri isə 10,4% artıb.  Cəmi aktivlər isə 10,5% artaraq, 706732,82 min AZN-ə çatıb.

Daha ərtaflı şəkildə diaqramda izləyə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin eyni dövrü ilə müqayisədə bankın vergidən öncəki xalis mənfəətində cüzi azalma qeydə alınıb. Belə ki, ötən il hesabat rübü ərzində 16,489 mln AZN qazanan Bank, bu il eyni hesabat dövrü ərzində 16, 370 mln AZN qazanıb.

Ötən il ilə müqayisədə, cəmi 3 rüb ərzində qazanılan xalis mənfəət vergilər ödənildikdən sonra ötən ilin eyni dövrü ilə müqayisədə daha çox olmuşdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et