Bank of baku məlumat mərkəzinin lətifələr kolleksiyası - Real hekayələr | Banco.az

Bank of baku məlumat mərkəzinin lətifələr kolleksiyası - Real hekayələr

Bank of Baku-nun 145 Məlumat Mərkəzinə gün ərzində müxtəlif  mövzuda zənglər daxil olur və şöbənin əsas işlərindən biri zənglərin cavablandırılmasıdır. Gündəlik adi zənglərdən əlavə aqressiv, şikayət xarakterli və həmçinin gülüşə səbəb olan, yaddaqalan zənglər də olur ki, gərgin iş şəraitində onlar 145 kollektivinin gündəlik əhval-ruhiyyəsinə müsbət təsir edir. Bu cür zənglərlə bağlı artıq 145 MM-də yazılı bir "Lətifələr kolleksiyasi" da yığılıb. Onların bir hissəsi ilə tanış olmaq, yəqin, sizin üçün maraqlı olacaq.

Müştərilərin müraciətləri

- Xanım salam. Şəki filialı Bakının harasında yerləşir?

- Kredit üçün nə qədər “kommunal xərc” ödəməliyəm?

- Xanım, Bol500 yazısının kartın üzərində yazılıb yazılmadığını necə öyrənə bilərəm?

- Ay xanım, bax gör ərim bankdadır, əl telefonuna zəng edirəm zəng çatmır.

Ən sərfəli kredit üçün müraciət et

- Salam xanım. Dünən bankın birini bağladim, bu gün də sizin bankı bağlamaq istəyirəm, sonra nə qədər pul verəcəksiniz mənə?

- Xanım sizin “terminatorlar” niyə işləmir?

- Xanım, MUM-la üzbəüz filialınız MUM-un hansı tərəfində yerləşir?

- Xanım, sizden televizor almışam, uşaq pultu harasa atıb, tapa bilmirəm. Bunu necə yandırım?

- Xanım, sizin “elektrik ünvanınız” var?

- Operator soruşur: Xanım hansı mobil nömrənizi qeydiyyata salmısınız bankda? Müştərinin cavabı: Lumia 900

Həmçinin  oxu: Real hekayələr: Bank of baku-da EKSPERTLƏRİN lətifələr kolleksiyası

Ən sərfəli krediti almaq üçün müraciət et