“Bank of Baku” maliyyə nəticələrini açıqlayıb | Banco.az

“Bank of Baku” maliyyə nəticələrini açıqlayıb

“Bank of Baku” ASC 2016-cı ilin 3-cü rüb maliyyə nəticələrini açıqlayıb.

Sözügedən dövrdə bankın aktivlərinin həcmi 549 mln. 542 min manat olub.

Bu aktivlərin 21 mln. 873 min manatını nağd vəsaitlər və onların ekvivalentləri,  8 mln. 430 min manatını isə qiymətli kağızlar portfeli təşkil edir.

Qeyd edək ki, cari ilin ikinci rübündə bankın aktivləri 587 mln. 387 min manat təşkil edirdi ki, bu da üçüncü rübdə aktivlərdə 6,4% azalma olduğunu göstərir.

Bankdan müştərilərə verilən kreditlərin həcmi 287 mln. 633 min manat təşkil edir.

Keçən ilin 3-cü rübündə bankın kredit portfeli 492 mln. 782 min manat həcmində idi.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin 3-cü rübündə “Bank of Baku”-da yerləşdirilən depozitlərin həcmi 293 mln. 861 min manat olub.

Bankın Cəmi Kapitalı 50 mln 552 min manat olub ki, onun da 39 mln. 163 min manatını Xüsusi kapital, 11 mln. 389 min manatını Ümumi ehtiyatlar təşkil edir.

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Pərakəndə sektor “Bank of Baku”-nun fəaliyyətnin əsas sahəsidir. Ölkədə istehlak kreditlərinin artım dinamikası bankın inkişafı üçün bir stimuldur.