Görmə məhdudiyyəti olan uşaqların Brayl əlifbasını öyrənmələrinə kömək edəcək "Braille teach" adlı interaktiv qurğunun hazırlanmasında maliyyə dəstəyi göstərən "Bank of Baku" cihazın rəsmi təqdimetmə mərasimini keçirdi.
24 fevral 2017-ci il tarixində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sağlamlıq imkanları məhdud uşaqlar üşüm 5 nömrəli xüsusi internat məktəbi"ndə keçirilən tədbirdə cihazın hazırlanmış ilk nüsxələri məktəb rəhbərliyinə təqdim olundu.
"Bank of Baku"nun Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində istehsal olunan bu cihaz, Bankın Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Tahirovanın sözlərinə görə uşaqların Brayl əlifbasını daha asan və rahat şəkildə öyrənmələrinə, həmçinin dərslərin interaktiv təhsil metodu ilə keçirilməsinə müsbət fayda verəcək.
Qeyd edək ki, cihaz 4 dildə - Azərbaycan, rus, ingilis və alman dillərində istehsal olunaraq həm hərflərin, həm də rəqəmlərin öyrənilməsi üçün müxtəlif oyunlardan ibarətdir.