Bank of Baku, 24 yaşın mübarək! | Banco.az

Bank of Baku, 24 yaşın mübarək!

Bu gün Azərbaycanın  ən yenilikçi, innovativ, dəyişikliklərə açıq və öz ənənələrinə sadiq Bankı olan Bank of Baku-nun 24 yaşı tamam olur.  Bu münasibət ilə biz, Banco.az komandası olaraq, Bank of Baku ailəsini və başda ailənin böyükləri olmaqla, bankın rəhbərliyini təbrik edir, onlara fəaliyyətlərində yeni uğurlar arzu edirik.

2014-cü ildə Bank of Baku, Banco.az tərəfindən keçirilən “İlin Bankı” müsabiqəsində, istifadəçilər arasında ən çox səs toplayaraq, "İlin Bankı" nominasiyası üzrə qalib olmuşdur. Banco.az-ın rəhbəri Fərid İslamov bildirir ki, "Bank of Baku hər zaman Azərbaycan bankları arasında öz mövqeyinə görə və yenilikçiliyə meylliliyi ilə seçilib, bunu istər "start up"-lara dəstək, istər də media ilə sıx əməkdaşlıq baxımından qiymətləndirmək olar".

Bank of Baku rəhbərliyinə və xüsusən də marketinq departamentinə bizimlə etdikləri sıx əməkdaşlıq üçün təşəkkür edirik.

Bank haqqında qısaca

Bank of Baku, 1994-cü il 14 fevralda “Tuqay” bank adı altında Azərbaycanın ilk kommersiya banklarından biri kimi təsis edilib. Üç ildən sonra (1997.10.02)  bankın təsisçi qismində çıxış edən bir neçə fizik şəxs və həmçinin «Nab Dıs Ticaret» kompaniyasının qərarı ilə bankın adı dəyişdirilərək “Bank of Baku” olur.

2004-cü ildə Bank of Baku digər kommersiya bankı olan “İlkBank” ilə birləşir.

Bankın fəaliyyəti əsasən pərakəndə sektora yönəlib, bununla yanaşı Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılması istiqamətində səylə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

“Sizə yaxın bankçılıq”, “Bank of Baku”-nun - müştərilər və onların gündəlik qayğılarına mümkün qədər yaxın olmaq - fəlsəfəsini özündə cəm edir.

24 rəqəmi – sevgi, pul və yaradıcılığın rəmzi sayılır. Bank of Baku fəaliyyət göstərdiyi bütün bu 24 il ərzində bu 3 meyarı əsas götürdü və müştərilərinə sevgi ilə xidmət göstərdi, onların gəlirlərinə əlavə gəlir qazandırdı və bank sektoruna gətirdiyi ilkləri ilə bir çox yeniliklərə imza atdı.

“Sizə Yaxın Bankçılıq” şüarı ilə müştərilərinə xidmət göstərən Bank, yeni yaşında “Sizə yaxın korporativ bankçılıq” şüarı ilə xidmət sahəsini daha da genişləndirdi və bu istiqamətdə ciddi işlər gördü. Onların sırasında korporativ müştərilərə özəl İŞKART - biznes kart məhsulunu və depozit funksiyalı Bolkart debet əmək haqqı kartlarının istifadəyə verilməsini göstərmək olar.

Bank of Baku hal-hazırda, 5-i region və 13-ü Bakı və Abşeron olmaqla, ümumilikdə 18 filial şəbəkəsi ilə 700 mindən çox müştəriyə xidmət göstərir.

Bank of Baku, 2017-ci il 27 sentyabr - Ümumdünya Nitq və Eşitmə Məhdudiyyətli İnsanların Günü münasibəti ilə sosial layihə olan "Təki, Sən Məni Eşit" ilə yaddaşlarda qaldı. Həmin video çarxı sizlərə də təqdim edirik:

Güllü Nağıyeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et