"Bank of Baku", 23 yaşın mübarək! | Banco.az

"Bank of Baku", 23 yaşın mübarək!

"Bank of Baku"nun artıq 23 yaşı tamam oldu. 

"Bank of Baku" 14 fevral 1994 “Tuqay” kommersiya bankı kimi yaradılmışdır.

10 fevral 1997-ci ildə Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirilmiş və ”Bank of Baku” kimi adlandırılmışdır.

"Bank of Baku" 23 il ərzində ölkəmizdə "Sizə yaxın bankçılıq" şüarı ilə fəaliyyət göstərmişdir. 

İllər ərzində "Bank of Baku" müxtəlif mükafatlara və birinciliklərə layiq görüldü.

  • 27 aprel 2007-ci il tarixində Bankın saytı Azərbaycanda ən tanınmış “Netty” mükafatına layiq görülən ilk bank saytı oldu.
  • 21 fevral 2014 - cil tarixində “Bank of Baku” nağdsız ödənişlər üzrə Azərbaycanın lideri oldu.
  • 11 mart 2014-cü il tarixində Banco.az saytının təşkil etdiyini onlayn səsvermədə “Bank of Baku” və Bolkart “ilin bankı”“ilin taksit kartı” elan edildi.
  • 05 iyun 2014-cü il tarixində “Azərbaycanda pərakəndə bank xidmətləri bazarının lideri Bolkart - ən uğurlu kredit kartı” nominasiyasında “Uğur” milli mükafatına layiq görüldü.
  • 15 sentyabr 2014-cü il tarixində VISA beynəlxalq ödəniş sistemi “Bank of Baku”-nu VISA kartlarının ekvayrinq həcmini ən sürətlə artıran bank nominasiyasında Azərbaycanın maliyyə sektorunun ən yaxşı bankı elan etdi.
  • 20 Aprel 2015-ci il tarixində “Bank of Baku” Mərkəzi Bankın nağdsız ödənişlər üzrə nominasiyasında lider bank seçildi.
  • 29 Yanvar 2016-ci il tarixində "Bank of Baku" “AMFA Mükafatlandırma Proqramı – 2016” çərçivəsində keçirilən müsabiqədə “Müştərilərinə Rəqəmsal Maliyyə Xidmətləri təklif edən Qabaqcıl Təşkilat” nominasiyası üzrə mükafata layiq görüldü.
  • 27 Aprel 2016-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən keçirilən müsabiqədə “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında yenə də "Bank of Baku" qalib gəldi.
  • 28 Oktyabr 2016-ci il tarixində "Bank of Baku" Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən ölkədə ilk dəfə təşkil olunan Banklararası Breyn Rinq Çempionatının qalibi oldu.

2011-ci ildə Azərbaycanın ilk taksit kartı olan "Bolkart" da məhz "Bank of Baku" tərəfindən yaradıldı. "Bala-bala" ödə şüarı ilə Azərbaycana səs saldı. 2014-cü ildə artıq Bolkart-lıların sayı 200.000-i aşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

23 il ərzində müştərilərinə göstərdiyi yüksək xidmətilə sevgisini, qayğısını nümayiş etdirən Bank daim yenilikçi addımları ilə həm onların rəğbətini qazanmış, həm də uzun illər bazarda lider mövqeyini qoruyub saxlaya bilmişdir. Fəaliyyətini əsasən riteyl bakçılıq üzərində quran və bu sahədə Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim öncül yerlərdə olan Bank of Baku, 23-cü ildönümü ərəfəsində universal banka çevrilmək istiqamətində mühüm addımlar atmağa başladı:

-​ Korporativ bankçılığa keçid ilə bağlı imic çarxını

Və iş adamlarına özəl yeni məhsulunu İŞKART - biznes kartını təqdim etdi.

Korporativ Bankçılıq sahəsində fəaliyyət dairəsini genişləndirməyi hədəfləyən Bank 23-cü yaşında bu sahədə də bazarın lideri olmağa iddialıdır. Bu iddianın reallaşmasına Bankın uzun illərə dayanan təcrübəsi, peşəkarlardan ibarət komandası əsas verir. Təsadüfi deyildir ki, Azərbaycanın aparıcı bankları və biznes qurumlarında ən yüksək vəzifələrdə məhz sektorunun Akademiyası olaraq tanınan Bank of Baku-nun yetirmələri fəaliyyət göstərir.

Hal-hazırda, Bank of Baku 700 min nəfərdən çox müştəriyə - fiziki və hüquqi şəxslərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir. Bank hal-hazırda 19 filialda müştərilərinə xidmət göstərir.

Banco.az komandası olaraq, "Bank of Baku" ailəsini təbrik edir, uğurlar arzulayırıq

Ən sərfəli krediti almaq üçün müraciət et