"Bank of Baku" 2 yeni vakansiya elan edib | Banco.az

"Bank of Baku" 2 yeni vakansiya elan edib

"Bank of Baku"  Xaçmaz və Lənkəran şəhərlərində yerləşən filialları üçün işçi qəbulu elan edir. Banco.az portalı olaraq, namizədlər üçün nəzərdə tutulmuş əsas vəzifə və öhdəlikləri, eləcə də tələb olunan kriteriyaları diqqətinizə çatdırırıq.

Qərarların icrası şöbəsinin eksperti (Lənkəran, Xaçmaz)

Əsas vəzifə və öhdəliklər

  • Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
  • İcraaatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
  • İcra işləri üzrə bazanın yaradılması/işlənməsi
  • İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili

Seçim meyarları

  • Ali təhsil
  • Məhkəmə və qərarların icrası sahəsində iş təcrübəsi
  • Azərbaycan dili üzrə əla bacarıqlar
  • MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
  • Sürücülük vəsiqəsi

İş şərtləri

  • İş vaxtı: 5 iş günü, 09.00-18.00
  • Əsas əmək haqqı + bonus

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Qərarların icrası sözünü qeyd etməyi unutmayın! Əks halda namizədləyiniz bu vəzifə üzrə dəyərləndirilməyəcəkdir. Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Son müraciət: 17.02.2017

Problemli kreditlər üzrə ekspert (Xaçmaz)

Əsas vəzifə və öhdəliklər

  • Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
  • Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür.
  • Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir.

Seçim meyarları

  • Səlis nitq qabiliyyəti
  • İnandırma qabiliyyəti
  • Fəal, stressə davamlı, məqsədyönlü
  • Azərbaycan dili biliyi - əla
  • MS Office proqramlarında işləmək bacarığı

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini Azərbaycan dilində [email protected] ünvanına göndərə bilərlər. Xahiş edirik, e-mail göndərərkən Mövzu hissəsində PK yazmağı unutmayasınız.

Son müraciət:  17.02.2017