Bank müştərilərinin və hesablarının sayı artıb | Banco.az

Bank müştərilərinin və hesablarının sayı artıb

2015-ci ilin martın 1-nə olan məlumata görə, bank müştərilərinin sayında yanvar ayı ilə müqayisədə 0,63% yəni  32 min 35 ədəd, bank hesablarında isə 2,81% yəni 388 min 190 ədəd artım müşahidə olunub. Banco.az saytı məlumatı Mərkəzi Bankın rəsmi saytına istinadən verir.

2015-ci ilin fevralın sonuna bankların 5mln 94417 min müştərisi olub. Əvvəlki illərdə olduğu kimi carı ilin ikinci ayında da bank müştəriləri arasında fiziki şəxslər böyük əksəriyyət təşkil edir. Göstərilən dövrdə  bank müştərilərinin nisbəti  aşağıdakı kimi olub: 4997027 fiziki şəxs, 168410 sahibkar və 97390 hüquqi şəxs. Yanvar ayı ilə müqayisədə hər 3 göstəricidə kifayət qədər artım olub.

Ən sərfəli kredit üçün müraciət et

Müştəri hesablarından cari hesablar 3,32%, depozit hesabları 4,86% artaraq hər biri müvafiq olaraq 10 mln 741 min 162 və 406 min 217 ədəd təşkil edib. Həmçinin cari hesabların 10 mln 564min 842ədədi fiziki şəxslərin, 191 min 634-ü sahibkarlıqla məşğul olanların payına düşüb. Hüquqi şəxslərin hesabları isə 176 min 320 ədəd olub.

2015-ci ilin ilk ayl ilə müqayisədə kredit hesabları 0,80% artaraq 3 mln 48min 363ədəd olub.

Ən sərfəli krediti almaq üçün müraciət et