Bank müştərilərinə pensiya verəcək | Banco.az

Bank müştərilərinə pensiya verəcək

Bu gün çalışan, zəhmətə qatlaşan hər kəs ömrünün ixtiyar çağını da düşünür, bu illəri firavan keçirməyi arzulayır. Bu məsələ ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankının (ABB) mütəxəssisləri ölkə bank tarixində ilk olaraq bazara unikal bir məhsul çıxarmışlar. “Pensiya əmanəti” adlanan bu məhsulun özəlliyi ondadır ki, hər bir vətəndaş ABB-yə əmanət yerləşdirməklə, artıq gənc yaşında yaşlılıq dövrü üçün sosial təminatını təmin etmək imkanı qazanacaqdır.

 «Pensiya əmanəti»  əmanətçinin xeyrinə maksimum çevik şərtlər təklif edən və ən azı 15 il müddətinə yığım xarakterli əmanətdir. Müqavilə şərtlərinə görə, əmanətçi artıq 50 yaşında öz əmanətini ala bilər və bu vaxta qədər onun 15 il ərzində topladığı məbləğ ikiqat artmış olur. Məsələn, müştəri tərəfindən aylıq 100 manat məbləğində vəsait köçürüldükdə 15 ilin yekunlarına əsasən yığımlar 18 min manata çatır. Bu məbləğə bank tərəfindən 18 107 manat da əlavə edilir. Nəticədə, əmanətin müddəti bitdikdə müştəri 36 107 manat əldə edir.

Əgər əmanət 32 illik (18 yaşından 50 yaşadək) müddətinə yerləşdirilirsə, müddət bitdiyi zaman onun məbləği 5 dəfə artacaqdır. Əmanətçinin 32 il ərzində topladığı məbləğ 38 400 manata, bankın əmanətə əlavə etdiyi məbləğ isə (qoyulan aylıq 100 manat üzərinə bank 408,2 manat əlavə edir) 156 745 manata çatır, yekunda isə 195 145 manat alınır. Daha bir missal. Vəsaitlər 45 il ərzində, yəni şəxsin tam işləmək qabiliyyətində olduğu dövründə (18 yaş - 63 yaş arası) toplandıqda, məbləğ 11 dəfə artır: toplanmış 54 min manatın üzərinə 553 min 693 manat əlavə edilir (cəmi 607 693), yəni bank aylıq 100 manat ödəniş üzərinə 1025,4 manat əlavə edir.

Ən sərfəli kredit üçün müraciət et

“Pensiya əmanəti»nin sahibinə yığım plastik kartı təklif olunur ki, onun vasitəsilə ABB-nin bankomatlarında köçürülən məbləği və faizləri müntəzəm olaraq izləmək mümkün olacaqdır. Bundan əlavə, bu informasiyanı internet-bankinq, mobil-bankinq, habelə ABB-nin Məlumat mərkəzi vasitəsilə əldə etmək olar.

Yığılma müddəti başa çatdıqda pensiya əmanətinin sahibi ona üç üsulla sərəncam verə bilər: əmanətin bütün məbləğini dərhal götürmək və ya ömrü boyu pensiya almaq qərarına gəlmək - bu zaman əmanətçi əmanətdən dividendlər alacaq, əmanət isə varislərə keçəcəkdir; və ya müəyyən müddət ərzində onu aybaay almaq - bu zaman hesabda qalan məbləğ üzərinə faiz hesablanacaqdır.

Sözsüz ki, «pensiya əmanəti» üzrə müddətlər haqqında razılaşma pozulduğu halda, əmanətçi topladığı əmanəti tam həcmdə alır, əlavə olaraq faiz hesablamalarının məbləği ümumi həcmin 75 faizinədək çata bilir.

Hazırda Azərbaycanın yığım əmanətləri bazarında belə çevik məhsul yoxdur. «Pensiya əmanəti», həmçinin, ən əlverişli əmanət hesab edilə bilər, çünki müqavilənin müddəti bitdikdən sonra, aylıq artırılmalar şərti ilə, ən azı 200% yığım əldə etməyə imkan verir.

Azərbaycan Beynəlxalq Bankının fərdi pensiya yığımları məhsulu - «Pensiya əmanəti»nə əhali tərəfindən maraq artmaqdadır. Bu il yanvarın 1-nə olan məlumata əsasən, əmanətin bu növünə ötən il ərzində vəsait qoyan müştərilərin sayı 6300 nəfəri keçib və artmaqda davam edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et