Bank Melli Iran 3 rübdən sonra mənfəətdədir | Banco.az

Bank Melli Iran 3 rübdən sonra mənfəətdədir

“Bank Melli Iran” Bankının Bakı filialı 2017-ci ilin üçüncü rübünə olan maliyyə nəticələrini açıqlayıb.

Bankın maliyyə nəticələrinə isitnadən edən Banco.az portalı xəbər verir ki, Bank cari ilin ilk 9 ayını 1 mln 325 min manat mənfəətlə başa vurub. Bu məbləğdən 10 421 manat vergi kimi ödənilib və bankın xalis mənfəəti 1 mln 335 min manat təşkil edib.

Bankın faiz gəlirləri 2 mln 263 min manat, faiz xərcləri isə 36 min 715 manat  təşkil edib. İnzibati xərclərin miqdarı 1 mln 78 min manat olub. Həmçinin xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərclər 84 min 485 təşkil edib. Bununla yanaşı bank 42 min791 manat vəsaiti xüsusi ehtiyatlar kimi ayırıb.

Bank Melli İranın xarici valyuta əməliyyatları üzrə gəlirləri 141 min 777 manat, haqq və komissiya gəlirləri isə 150 min 552 manat civarında olub.

Bank Melli Iran həmçinin balans hesabatını açıqlayıb. Bankın aktivləri içərisində “Nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar” – daha əhəmiyyətli paya malik olub, 49 mln 168min manat təşkil edir. İlin əvvəli ilə müqayisədə göstərici 37% artıb.  Bankın öhdəliklərində isə 48% azalma qeydə alınıb.

Bankın qiymətli kağızlarda olan investisiyaları 15, 764 mln manat civarındadır.  Ən əhəmiyyətli artım bankın cəmi balans kapitalında qeydə alınıb. Balans kapitalı 21, 9 mln manatdan 63,445 milyon manata yüksəlib.  Bu isə bankın nizamnamə kapitalının 51,4 mln manatda 73,6 mln manata yüksəlməsi ilə bağlıdır.