Bank kreditləşməsində 6,3% həddində azalma qeydə alınıb | Banco.az

Bank kreditləşməsində 6,3% həddində azalma qeydə alınıb

AMB-dan verilən məlumata görə, 2014-cü ilin yanvar-aprel ayları ərzində banklar tərəfindən fiziki və hüquqi şəxslərə verilən kreditlərin ümumi həcmi 1337,073 milyon manat təşkil edib. Bu isə əvvəlki ildə qeydə alınan göstəricidən (1070,827 milyon manat) 24,92% çoxdur. Bundan əlavə, əvvəlki kreditlər üzrə ödəmələr 1135,137 milyon manat təşkil edib ki, bu da keçən ilin yanvar-aprel ayları ərzində edilən ödənişlərin həcmi (854,827 milyon manat) ilə müqayisədə, 32,79% çoxdur. Nəticədə, yanvar-aprel ayları üzrə bank kreditləşməsi 201,936 milyon manat (yanvar ayında 40,085 milyon manat, fevral ayında 42,178 milyon manat, mart ayında 76,751 milyon manat və aprel ayında 42,922 milyon manat) təşkil edib. Qeyd edək ki, keçən il bu göstərici  215,538 milyon manata bərabər idi. 2014-cü ilin 1 may tarixi üzrə bankların kredit portfeli 16245,4 milyon manat təşkil edib. Keçən il banklar tərəfindən fiziki və hüquqi şəxslərə verilən kreditlərin həcmi 3423,567 milyon təşkil edib ki, bu isə daha əvvəlki ilin göstəricisi (2626,572 milyon manat) ilə müqayisədə, 29,75% çoxdur. Eyni zamanda, keçən il əvvəlki kreditlər üzrə həyata keçirilən ödənişlərin həcmi 3147,036 milyon manat təşkil etmişdi ki, bu da 2012-ci ilin göstəricisi (2023,562 milyon manat) ilə müqayisədə, 55,75% çoxdur. Nəticə etibarilə, keçən il bank kreditləşməsi 276,531 milyon manat təşkil edib. 2012-ci ildə isə bu göstərici 603,010 milyon manata bərabər idi. 2014-cü ilin 1 yanvar tarixi üzrə bankların kredit portfeli 15422,9 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et