"Bank hesabları bloklanmış sahibkarlara da yardım ediləcək" | Banco.az

"Bank hesabları bloklanmış sahibkarlara da yardım ediləcək"

Bank hesablarına sanksiyalar qoyulmuş sahibkarlara dövlət kömək edəcək.

Bu barədə İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov REAL TV-yə müsahibəsində məlumat verib. 

O bildirib ki, bəzi sahibkarların bank hesablarına məcburi dövlət ödənişləri, vergi və sosial sığorta ödənişlərini ödəmədiyinə görə müəyyən sanksiyalar qoyulub: “Sahibkar maliyyə dəstəyindən rahat istifadə edə bilsin deyə, banklara göstəriş veriləcək ki, sanksiyalar götürülsün. Yəni bu vəsait orada bloklanmış şəkildə qalmasın”.

Qafqazinfo