Bank hesabında milyonlar olan ən varlı uşaqlar | Banco.az

Bank hesabında milyonlar olan ən varlı uşaqlar

Onların əksəriyyətinin heç 16 yaşı hələ tamam olmayıb, lakin onların bank hesabında milyonlar var. Bank hesabında milyonlar olan planetin ən varlı uşaqları ilə sizləri tanış edirik:

 Şahzadə Georq Aleksandr Luis, 1 yaş, 1 milyard dollar

Принц Георг Александр Луис

Bu balaca şahzadə Britaniya taxt-tacın üçüncü varisləri xəttində tac ilə yanaşı daha çox şey ala bilər. Şahzadə nəinki hakimiyyəti, həm də milyonluq bank hesabının sahibi olacaq. Titulla yanaşı Georqun adına ata tərəfindən 1 milyard dollarlıq aktivlər keçəcək! Burada təəccüblü heç nə yoxdur. Kral ailəsində doğulmağın  mühüm üstünlükləri var. Hətta əgər Georq kral olmasa belə hər il dövlət büdcəsindən 400 milyon gəlir əldə edəcək. Britaniyada vergilər kral ailəsinin saxlanılmasına sərf edilir. Bu məbləğ balaca şahzadənin özünə lüks həyat təmin etməsi üçün kifayətdir.

Suri Kruz, 8 yaş, 270 milyon dollar

Сури Круз

Surinin dünyada ən dəbli uşaqların siyahısında olmasına səbəb olan qarderobuna valideynləri Tom Kruz və Keti Holms ənənəvi olaraq il ərzində 3 milyon dollar pul xərcləyirlər.

Onun qarderobundakı bəzi geyimlər xüsusilə bahalıdır. Məsələn,  Surinin "Dolce&Gabbana" plaşı 2 140 dollar,  "Marc Jacobs", "Burberry", "Juicy Couture", "Chloe" markalı libaslarına xeyli pul ödənilib.

Bir dəfə Milad Bayramında anası onu oyuncaq evciklə sevindirmək qərarına gəlib və viktorian üslubundakı öz istilik, su və elektrik enerjisi olan evciyə 24 000 min dollar pul xərcləmişdi.

Surinin şəxsi kapitalı 270 milyon qiymətləndirilir.

Valentina Paloma Pino, 7 yaş, 12 milyon dollar

Валентина Палома Пино

Aktrisa Salma Hayekin və milyarder Fransua Anri-Pinonun qızı İtaliyadakı qala-konsertlərdə dəfələrlə iştirak edib, anası ilə birlikdə ən nüfuzlu qırmızı xalça mərasimlərində iştirak edib. 

Valentina üç dildə sərbəst danışır və tətilləri lüks kurort adası hesab edilən Sen-Barda  keçirməyə adət edib. Onun atası hər ay Valentinanın adında olan Los-Ancelesdəki 12 milyon dollarlıq mülkiyyətin saxlanılmasına 50 000 dollar xərcləyir, Bu, 16,2 milyard kapitalı olan milyarder üçün heç nədir.

Ceyden Smit, 16 yaş, 8 milyon

Джейден Смит

Aktyor Uil Smitlə Cad Pinket Smitin böyük oğlu Ceki Çanla çəkildiyi "Karate-pasan" filmindən 5 milyon dolları şəxsən qazanıb. Bundan sonra o, atası ilə birgə  "Torpaq dayanan gün" filminə çəkilib. Filmlərdən əldə etdiyi qazancdan savayı, yeniyetmə replərdən, rəqs çıxışlarından və şəxsi moda brendinin satışından da sanballı gəlir əldə edir.  Nəticədə zəhmətkeşliyi sayəsində onun şəxsi kapitalı 8 milyondan çoxdur. Yaşının az olmasına baxmayaraq, Ceydan Smit digər ailə üzvləri kimi xeyriyyə tədbirlərinə çox pul xərcləyir. Xüsusilə, Zambiyada QİÇS-lə mübarizə üçün böyük vəsait xərcləyir.

Ən sərfəli kredit üçün müraciət et

Riko Rodriges, 16 yaş, 4 milyon dollar

Рико Родригес

Yeniyetmə aktyor hələ məktəbi bitirməyib, amma şəxsi kapitalı 4 milyon dollardan artıqdır. Gənc komediya ustasına məşhurluğu ABC telekanalında nümayiş olunan "Müasir ailə" filmindəki yeganə bir obrazı Menni Delqado gətirib. Həmçinin Riko beş bədii filmdə çəkilib və tərcümeyi-halından ibarət kitab buraxıb.

İzabella Barret, 7 yaş, 2  milyon dollar

Изабелла Баррет

İzabella öz milyonluq sərvətini gözəllik müsabiqəsi, televiziya şouları, zərgərlik xəttinin açılması və uşaqlar üçün kosmetik vasitələr istehsal etməsi sayəsində qazanıb. "Toddlers and Tiaras İzabella Barret" televiziya proqramının keçmiş iştirakçısı 10 000 dollar dəyərində paltar geyinir, şam yeməyinə bir neçə min dollar xərcləyir, süni kirpiklərin və akril dırnaqların, dərisində süni qaraltının saxlanmasına xeyli pul xərcləyir.  İzabella daha çox tufli geyinməyi sevir. Onun kolleksiyasında 60 cüt tufli var.

Onun əsas gəliri "Glitzy Girl" markasının dodaq parladıcısından, qlamur bilərziklərdən, velür koftalardandır.

Vəliəhd Mulay El Hassan, 11 yaş, 2,5 milyard dollar

Принц Мулай Эль Хассан

Mərakeş kralının oğlu şahzadə Məhəmməd gələcəkdə məhz Avropa və Afrika üçün strateji baxımdan vacib ölkənin kralı olacaq. Ənənəyə əsasən, lap tezliklə oğlanın adına atasından 2,5 milyard dollar və ailə investisiya şirkətinin nəzarət paketini 60 faizi keçəcək.

 Dennilin Xoup Birkhed-Marşal, 8 yaş, 59 milyon dollar

Дэннилин Хоуп Биркхед-Маршалл

Onun məşhur ailədəki uşaqlığı heç də nağıllardakı kimi deyil. Bir neçə ay ərzində bu qız böyük qardaşını və anası model Anna-Nikol Smiti itirib. Onların hər ikisi faciəli şəkildə həlak olublar. Onun bioloji atası Larri Birkhed isə bir neçə ay məhkəmədə onun atası olmasını sübut edib. 6 yaşlı Dennilin anasının karyerası boyunca qazandığı 10 milyon dollara və malikanəyə sahib olub.  Anna-Nikol Smitt yaşlı neft maqnatı Qovard Marşalla evli idi. Hərçənd ki, əri öləndən sonra ona heç nə qoymamaışdı, hakim Dennilin xeyrinə qərar çıxardaraq xəsis maqnatın mirasından ona 49 milyon dollar verilməsi ilə bağlı qərara verib.

Tabloid.az