Türkiyənin ən iri banklarından biri olan "Bank Asya" Dövlət Əmanətlərin Sığortalanması Fondunun tam nəzarətinə keçib.
"Hürriyyət" qəzetinə istinadən verilən məlumata görə, bankın likvidliklə bağlı problemləri var: "Lakin bu, müştərilər qarşısında öhdəliklərin yerinə yetirilməsinə təsir etməyəcək. Onların əmanətləri zərurət yaranacağı təqdirdə Fond tərəfindən kompensasiya ediləcək".
Məlumata görə, bankın 9 nəfərdən ibarət İdarə heyətinin üzvləri dəyişib.
trend.az