“Bank BTB” ASC-nin səhmdarlarının pay bölgüsündə cüzi dəyişiklik olub.
Bu, bankın nizamnamə kapitalının 14,45 mln. manat və yaxud 27,8% artırılaraq 52 mln. manatan 66,45 mln. manata çatdırılmasından sonra baş verib.
Belə ki, “Bank BTB”nin əsas səhmdarı Nigar Mehdiyevanın Bankdakı payı 75%-dən 74,99%-ə düşüb. Əvəzində “Bank BTB”nin Müşahidə Şurasının sədri Rza Sadiqin Bankdakı payını 19%-dən 19,01%-ə qalxıb. Digər səhmdar Tükəzban Mahmudovanın isə payı dəyişməyərək 6% qalıb.
Report.az