Bank BTB bütün Ödəniş kartları üzrə tarifləri endirdi | Banco.az

Bank BTB bütün Ödəniş kartları üzrə tarifləri endirdi

Platinum kartlarının qiyməti növündən və müddətindən asılı olaraq 15-50 AZN arasında dəyişir. Ödəniş kartları üzrə tariflərlə Bank BTB-nin saytında bu link (https://www.btb.az/az/cards) vasitəsilə ətraflı tanış ola bilərsiniz.

Bundan əlavə qeyd etmək lazımdır ki, əmək haqqı statuslu kartların da qiymətləri endirilib.

Əlavə olaraq, Bank BTB-nin ödəniş kartları universal ödəniş vasitəsi kimi günün 24 saatı, həftənin 7 günü həm ölkə daxilində həm də dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə və ya onlayn ödəniş etmək imkanı verir.

Ödəniş kartlarının üstünlükləri bununla yekunlaşmır.  Bank BTB-nin ödəniş kartlarının təqdim etdiyi "Card-to-Card", "Cash by code", "SMS Notification", "PIN Change", "3D Secure", “İnternet Banking” və “Mobil Banking” xidmətləri kart sahiblərinin işini asanlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Yenilənmiş şərtlərlə ödəniş kartı əldə etmək istəyən müştərilər Bank BTB-nin istənilən filial və şöbəsinə müraciət edə bilərlər.

Bank “BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə,  www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.