"Bank BTB" ASC-də yeni təyinat olub | Banco.az

"Bank BTB" ASC-də yeni təyinat olub

Anar Yusif oğlu Əzizov "Bank BTB" ASC-də Satışlar departamentinin Biznes kreditləri şöbəsinin rəhbəri təyin edilib.

O, bakalavr təhsilini Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsində (1998-2002), magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə-kredit fakultəsində (2004-2007) almışdır.

Anar Əzizov əmək fəaliyyətinə "Parabank" ASC-də başlamış, daha sonra "Turanbank" ASC-də – Kredit şöbəsinin müdiri (2009-2018), "Azərbaycan Beynəlxalq Bank" ASC-də – Kiçik və Orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi (2018-2020), Bank Aktivlərinin idarə edilməsi Agentliyi MMC-də – Baş mütəxəssis (2020-2021), "Bank BTB" ASC-də – baş mütəxəssis (2021-2022), "RabitəBank" ASC-də – Filial müdirinin müavini (2022-2023) kimi vəzifələrdə çalışmışdır.

2023-cü ilin iyun ayında "Bank BTB" ASC-nin Satışlar departamenti, Biznes kreditləri şöbəsinin rəhbəri təyin olunmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et