“Bank Avrasiya” ASC 2016-cı ilin 3-cü rübünün maliyyə nəticələrini rəsmi web saytında yerləşdirib.
Bankın aktivləri cari ilin 3-cü rübündə 135 mln. 729 min manat təşkil edib. Keçən rüb ilə müqayisədə aktivlərin həcmində 6,7% artım müşahidə olunur.
“Bank Avrasiya” ASC-nin kredit portfelində isə azalma müşahidə olunur.
Müştərilərə verilən kreditlərin həcmi birinci rüb ilə müqayisədə 4mln. manat, ikinci rüb ilə müqayisədə isə 3,5 mln. manat azalaraq 83 mln. 220 min manat olmuşdur.
Müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi 31 mln. 650 min manat təşkil edib.
Bankın kapitalında artım müşahidə olunub.
Sözügedən dövrdə, bankın cəmi kapitalı 58 mln. 130 min manat olub. Bu da, bankın son 3 rübdə göstərdiyi ən yüksək nəticədir.
2015-ci ilin yekunu ilə müqayisədə mənfəət təqribən 13 dəfə artaraq 6 mln. 697 min manat olub.
“Bank Avrasiya” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli, 251 saylı “Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası” əsasında fəaliyyət göstərir.