BancoTV - banklar haqqında onlayn kanal Facebook vasitəsilə canlı yayıma start verir.
Belə ki, 26 iyul 2016-cı il tarixində, saat 21:00-da Banco.az-ın Facebook səhifəsində ilk canlı yayım baş tutacaq.
Yayımın Mövzusu "Daşınmaz Əmlak və İnvestisiyalar"dır.
Qonaqlar Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev və Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli olacaq.
Ekspertlərimiz aşağıdakı sualları cavablandıracaqlar.
- Daşınmaz əmlakın qiyməti qalxacaqmı?
- Ev almağın vaxtıdırmı?
- Vəsaitlərinizi nəyə yatırmaq daha sərfəlidir?
- Əmanəti banka etibar etməyənlər üçün hansı digər investisiya imkanları var?
Bu və digər sualların cavabını canlı yayım zamanı öyrənə biləcəksiniz.
Canlı yayımı buradan izləyə bilərsiniz.
Sizlər də ekspertlərimizə öz suallarınızı bu post vasitəsilə və ya canlı yayım zamanı ünvanlaya bilərsiniz.