Bakıda torpağın qiyməti bahalaşdı | Banco.az

Bakıda torpağın qiyməti bahalaşdı

Bakıda torpaq bazarında qiymətlərdə artım müşahidə edilir.

Bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, iyun ayı ərzində torpaq bazarında bir sotun orta qiyməti 24 283 manatdan 24 883 manata qədər artıb. Yəni ay ərzində qiymətdə artım 2.47 faiz, il ərzində isə 15.72 faiz təşkil edib.

Ekspertin sözlərinə görə, qiymət artımı mövsümi xarakter daşıyır.

O qeyd edib ki, adətən yay mövsümündə torpağa tələbat artdığına görə buna müvafiq olaraq torpaq bazarında qiymət artımı müşahidə edilir.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et