Bakıda ticarət dövriyyəsi 5%-dən çox artıb | Banco.az

Bakıda ticarət dövriyyəsi 5%-dən çox artıb

Bu ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% çox və yaxud 1 697,8 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə xəbər verilir. 

Məlumata görə, son bir ildə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 6,5% artaraq 812,5 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 5,7% artaraq 885,3 milyon manata çatıb. 

Ən sərfəli kredit üçün müraciət et

İstehlak məhsullarının 29,2%-i hüquqi şəxs statuslu müəssisələrdə, 19,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 51,3%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et