Bakıda sığorta şirkətlərinin və bankların əməkdaşları üçün satış üzrə treninqlər keçiriləcək | Banco.az

Bakıda sığorta şirkətlərinin və bankların əməkdaşları üçün satış üzrə treninqlər keçiriləcək

2014-cü ilin 17-18 iyul tarixlərində Bakıda, "Hyatt Park" otelində ilk dəfə olaraq, sığorta və bank sahələrində satışın təşkili üzrə treninqlər keçiriləcək:

17 iyul - "Sığorta məhsullarının satış ustalığı"

18 iyul - "Bank xidmətlərinin yeni korporativ müştərilərə aktiv satışı"

Treninqlər Rusiya və MDB ölkələrində satış üzrə ən yaxşı təlimçilərdən biri hesab olunan Boris Jalilo tərəfindən aparılacaq.

Boris Jalilo - məşhur sistem təlimçi-məsləhətçidir, «Business Solutions» təlim-kolsaltinq şirkətinin rəhbəri və ortağıdır. Qısa müddətdə inkişaf edən şirkətlərlə iş sahəsində nadir təcrübəyə malikdir. O, biznesin sistemləşdirilməsi, artım xəstəliklərinin aradan qaldırılması, inkişaf böhranının qarşısının alınması, strategiyanın və onun həyata keçirilməsi üçün zəruri strukturların qurulması sahələrində ixtisaslaşıb.

Təlimlərin unikallığı ondan ibarətdir ki, onların hər biri bilavasitə sığorta və bank sahələrinə uyğun olaraq hazırlanıblar.

Treninqin məqsədləri və gözlənilən nəticələr:

- İştirakçıların özünə, məhsula və şirkətə olan inamını artırmaq. Onlara öz işini sevməkdə, eləcə də qürur və inam mənbələri tapmaqda kömək etmək;

- Sığorta/bank məhsullarının satışına sistemli yanaşmanı təmin etmək. Satış prosesində uğurun əldə olunmasına təsir göstərəcək amillərin və müştəri məmnunluğunu təmin edəcək faktorların müəyyənləşdirilməsi;

- Suallardan, arqumentlərdən və cavab variantları ilə birlikdə etirazlardan ibarət siyahı hazırlamaq;

Ən sərfəli kredit üçün müraciət et

- İştirakçıları irəli sürülən arqument və etirazlara cavab verəcək lazımi satış alətləri ilə təmin etmək;

- Təlim iştirakçılarına satış prosesini anlamaqda və prosesin hər bir mərhələsində icra olunacaq rol-tapşırıq-məsuliyyət tədbirləri barədə məumatlı olmaqda köməklik göstərmək;

- İştirakçıların bütün diqqətini müxtəlif müştəri tiplərinə və həmin insanların satış prosesində istifadəsi məsələsinə yönəltmək;

- İştirakçılara öz satış təcrübəsini təhlil etməkdə, satış prosesində öz müsbət və mənfi tərəflərini, eləcə də əsas xüsusiyyətlərini müyyən etməkdə yardımçı olmaq;

- Əldə olunmuş bilik və bacarıqların tətbiqi və inkişafı məqsədilə fərdi fəaliyyət planlarının işlənib hazırlanması.

Qeyd edək ki, treninqlər kəskin rəqabətin hakim olduğu, insanların yeni ideyaları qəbul etmək istəmədiyi, mürəkkəb müştərilərin yer aldığı, satış və gəlir həcminin kifayət qədər aşağı olduğu bir mühitlə tanış olan şəxslər üçün xüsusilə əhəmiyyətli olacaq.

Təlimlər qısa müddət ərzində maksimum nəticə əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub.

Treninqlər barədə daha ətraflı məlumatı aşağıda qeyd olunan əlaqə nömrələri vasitəsilə "Successful Strategies" şirkətindən əldə edə bilərsiniz:

(012) 437 58 50, (050) 244 4058, (070) 290 00 46, Email: [email protected]

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et