Bu gün Bakıda gələn il Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “EXPO-2017: Gələcəyin enerjisi” beynəlxalq sərgisi ilə bağlı təqdimat olub.
Təqdimatda bildirilib ki, sərgi sahəsi 25 hektar ərazini əhatə edəcək.
Beynəlxalq tədbirdə 100-dən artıq ölkənin, onlarla beynəlxalq təşkilatın iştirakı nəzərdə tutulub. Hər bir ölkə və təşkilat üçün nəzərdə tutulmuş pavilyonların ölçüsü 350-1000 kv.metr arasında dəyişəcək.
“EXPO-2017” konstruktiv müzakirələr, enerji problemlərinin həlli ilə bağlı qərarların qəbulu üçün genişmiqyaslı platforma rolunu oynayacaq. Sərgi çərçivəsində elmi konfransların, tematik görüşlərin keçirilməsi, “yaşıl energetika” sahəsində layihələrin təqdim edilməsi nəzərdə tutulub.
Mənbə: Report.az