Bakıda orta aylıq əməkhaqqı azalıb | Banco.az

Bakıda orta aylıq əməkhaqqı azalıb

Koronavirus pandemiyası nəticəsində Bakıda orta aylıq əmək haqqı 100 manata yaxın azalıb.

Bu barədə Bakı şəhər Statistika İdarəsinin məlumatlarında bildirilir.

İdarənin açıqladığı rəqəmlərə əsasən, 2020-ci ilin oktyabrın sonuna Bakıda orta aylıq əmək haqqı 926,7 manat olub və bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,7% və ya 81 manat artıqdır. Xatırladaq ki, ötən ilin eyni dövründə paytaxtda orta maaş 845 manat idi.

Bununla yanaşı, idarənin məlumatlarından məlum olur ki, pandemiyanın başlanmasından indiyədək paytaxtda maaşlar kəskin azalmaqda davam edib və oktyabrın sonuna olan əməka haqqı əslində mart ayı ilə müqayisədə 100 manata yaxın azalıb. 

Məsələ bundadır ki, 2020-ci ilin əvvəlində ölkədə və Bakıda maaşlar artmaqda idi. Fevral ayında orta maaş 958 manata, martın sonunda isə ən yüksək həddə çataraq 1023 manata çatdı.

Amma pandemiya səbəbindən apreldən etibarən maaşların azalması başladı. Apreldə əməkhaqları1004 manata, mayın sonunda 984 manata, iyunun sonunda isə 960 manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

İyul-avqust aylarında isə maaşlar 948 manat və 938 manat olub. Nəhayət oktyabrın sonunda maaşlar 927 manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et