Noyabrın 15-16-da Bakıda "Lapis Lazuli" nəqliyyat dəhlizinin müzakirəsi üzrə 4-cü texniki görüş keçiriləcək.
Əfqanıstanın Bakıdakı səfirliyindən verilən məlumata görə, görüş ekspertlər səviyyəsində keçiriləcək.
Bu məqsədlə Azərbaycan paytaxtına Əfqanıstan, Türkiyə, Türkmənistan və Gürcüstanın müxtəlif nazirliklərin nümayəndələri gələcək. Onlar layihənin həyata keçirilməsi məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, "Lapis Lazuli" layihəsi Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Əfqanıstandan Avropaya qədər uzanan nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Gürcüstandan sonra nəqliyyat dəhlizi Türkiyənin magistrallarına qoşulacaq.
Xatırladaq ki, ekspertlər səviyyəsində bundan əvvəlki görüş İstanbulda keçirilib.
Mənbə: Report.az