Bakıda “İnvestisiya mühiti, investisiyaların cəlb edilməsi və qorunması” mövzusunda seminar keçirilib | Banco.az

Bakıda “İnvestisiya mühiti, investisiyaların cəlb edilməsi və qorunması” mövzusunda seminar keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “İnvestisiya mühiti, investisiyaların cəlb edilməsi və qorunması” mövzusunda seminar təşkil edilib.

Bu barədə "Report"a İİTKM-dən məlumat verilib.

Məlumata görə, seminar Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) " Doing Business" üzrə missiya üzvləri Roberto Eçandi (Özəl Sektor üzrə Aparıcı Mütəxəssis), Gerlin Catanqui (Baş Əməliyyat Mütəxəssisi), Axtar Mahmud (Biznes Tənzimlənməsi üzrə Aparıcı Mütəxəssis), Lili Begiaşvili (Biznes Tənzimlənməsi üzrə Regional Mütəxəssis) və İrina Kokaya (Tapşırıq Qrupunun Rəhbəri) təqdimatında keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Tədbir ərəfəsində diversifikasiya ilə bağlı çətinliklərin həll edilməsi, İnvestisiya mühiti islahatlarına kompleksli yanaşma, İnvestisiyaların cəlb edilməsi və qorunub saxlanılması, Dünya Bankı Qrupunun İnvestisiya Siyasəti və bu kimi digər mövzularda müzakirələr aparılıb. Seminarda nazirliklərin, qeyri-hökümət təşkilatlarının nümayəndələri, həmçinin orta və kiçik sahibkarlar iştirak ediblər.

Beynəlxalq iqtisadi reytinqlərdə ölkə üzrə göstəricilərin yüksəldilməsi məqsədi ilə "Doing Business" Hesabatının yenilənməsi üzrə DB və İFC-nin biznes mühiti, investisiyaların cəlb edilməsi və qorunması üzrə missiyası sentyabrın 9-na qədər Bakıda səfərdə olacaq. 

Ən sərfəli krediti almaq üçün müraciət et