Bakıda İLK: Sahibini izləyən çamadan – VİDEO | Banco.az

Bakıda İLK: Sahibini izləyən çamadan – VİDEO

Bakıya sahibini izləyən çamadan gətirilib.

Xiaomi şirkətinin müstəqil olaraq hərəkət edə biləcək ağıllı çamadanları Bakıya gətirilib.

Şirkət dünyada bu cür ilk çamadanlarını təqdim edən istehsalçı “COWAROBOT” ilə birlikdə hazırlanıb.

Cihaz geri çəkilə bilən qulpu və təkərləri olan ən adi səyahət çamadanına bənzəyir. Ölçüləri 555x384x220 mm, çəkisi 4,5 kq (baqaj istisna olmaqla), tutumu isə 31 kq, ənənəvi çamadanlara bənzərliyi bu xüsusiyyətlərlə sonlanır.

Yeniliyin qulpuna sahibini üzündən tanımağa imkan verən kamera quraşdırılıb. Cihazın sürət tənzimləyici mühərrik ilə təchiz olunan dörd təkəri var, bu da qaceti hərəkət etdirməyə imkan verir. Avtomatik görmə funksiyası ona maneələr, digər əşyalarla toqquşmamaq və sahibini dəqiq şəkildə izləmək imkanını verir.

Ən sərfəli kredit üçün müraciət et

Çamadan xüsusi bir bölmədə gizlənmiş 92 Wh-lıq akkumulyator ilə təchiz edilib. Lazım gələrsə, istənilən vaxt çıxarıb smartfonunu və ya başqa bir qaceti enerji mənbəyinə qoşmaq üçün power bank kimi istifadə oluna bilər. Çamadanın korpusunda batareyanın vəziyyətini göstərən LED indikator var.

Xatırladaq ki, çamadanın rəsmi təqdimatı oktyabrın 30-da keçirilib. İstehsalçı şirkətdən verilən açıqlamaya əsasən, ilk alıcılar üçün qacetin qiyməti 280 dollardır. Azərbaycanda çamadanın qiyməti hələ ki müəyyənləşməyib.

Ted.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et