Bakıda “Energokredit” layihəsinin təqdimatı keçirilir | Banco.az

Bakıda “Energokredit” layihəsinin təqdimatı keçirilir

Bu gün Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda kiçik və orta müəssisələrdə, yerli şirkətlər və ev təsərrüfatlarında enerji resurslarının daha yaxşı istifadə olunmasını artırmaq üçün “Energokredit” layihəsini təqdimatı keçirilir.

Tədbirdə AYİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri Nil MakKeyn, Avstriya Maliyyə Nazirinin nümayəndəsi Leander Treppel və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard iştirak edir.

Ən sərfəli kredit üçün müraciət et

Layihənin əsas məqsədi öz müştəriləri arasında dayanıqlı enerji sərmayələrini təşviq etmək üçün yerli maliyyə institutlarına dəstək olmaq, habelə özəl biznes və təsərrüfatlarına bu yanaşmaların texniki və maliyyə üstünlüklərini nümayiş etdirməkdir.

Qeyd edək ki, kredit sənaye müəssisələri və mənzillərdə enerji sərfiyyatını azaltmaq və bərpa olunan enerji ehtiyatlarından daha geniş istifadəni təşviq etməyə yardım məqsədilə AYİB-in 2007-ci ildən başladığı Qafqaz Regionunda Enerji Səmərəliliyi Proqramının (QESP) bir hissəsidir.


Ən sərfəli krediti almaq üçün müraciət et