Bakıda ən ucuz və baha qiymətə olan torpaq sahəsi hansı ərazidədir? | Banco.az

Bakıda ən ucuz və baha qiymətə olan torpaq sahəsi hansı ərazidədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Paytaxtda və Abşeron rayonu ərazisində ən bahalı və ən ucuz torpaq sahələrinin qiyməti ilə bağlı araşdırma apardıq.

Bu barədə Banco.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki,  Nərimanov rayonu ərazisində boş torpaqlar alıcılara fantastik qiymətə təklif edilir:

“Fərdi yaşayış evlərinin qiymətinə gəldikdə isə Məmməd Araz küçəsi, yəni keçmiş "Milyonerlər məhəlləsi" ərazisini misal göstərə bilərik. Bu ərazilərdə olduqca baha qiymətə olan qeyri-yaşayış obyektləri əsasən Əhməd Rəcəbli, Ağa Nemətulla küçələrində yerləşir. Həmin ərazilərdə torpağın 1 kv. metri 800 manatdan 6500 manat arasında satılır. Üzərindəki əmlakla birlikdə 80 000 manatdan 650 000 manat arasında təklif olunur. Ümumiyyətlə, Səbail və Nəsimi rayonlarının mərkəz hissələrində də torpaq sahələrinin qiyməti bahadır  və o ərazilərdə boş torpaq sahəsi yoxdur”.

Aparılan bazar araşdırmalarına görə, Bakı şəhərinin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması qiymətlərə təsir edir.

Bəs paytaxt ərazisində ən ucuz torpaq sahələri hansı ərazidədir?

Ekspert bu suala cavab olaraq bildirdi ki, Bakı şəhərinin Binəqədi rayonu ərazisində daha ucuz qiymətə təklif edilən torpaq sahələri tapmaq mümkündür.

“Hazırda paytaxtdan daha çox  ucuz torpaq sahələri Abşeron rayonunun Qobu qəsəbəsində alıcılara təklif edilir. Həmin ərazilərdə torpağın sotu 2500-3 min arasında dəyişir. Abşeronda Atyalı adlanan ərazilərdə də torpaq sahələri kifayət qədər ucuzdur. Məsələ ondadır ki, həmin ərazilərdə olan torpaq sahələrinin çıxarışı yoxdur. Çünki  adı sadalanan ərazilər qeyri-yaşayış təyinatlı, yəni neftli və kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Orada torpağın təqribi qiyməti 3 min manatdan başlayır və təxminən 5 min manat arası dəyişir”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda Bakıda Suraxanı, Sabunçu və Qaradağ rayonlarında torpaq sahələri daha ucuz qiymətə təklif olunur  2020-ci ildə o ərazilərdə  bir sot torpağın qiyməti 230 manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram