Bakı-Supsa boru kəmərinin işi nə vaxt bərpa olunacaq? | Banco.az

Bakı-Supsa boru kəmərinin işi nə vaxt bərpa olunacaq?

Bakı-Supsa boru xətti zərurət yaranarsa, hər zaman işə düşməyə hazırdır.

Bu barədə "bp Azerbaijan" şirkətindən bildiriblər.

"Bakı-Supsa sisteminin işi Qara dənizdə tankerin olmaması ilə əlaqədar dayandırılmışdı. Boru xətti zərurət yaranarsa, hər zaman işə düşməyə hazırdır. Biz Supsada tanker yükləmə ilə bağlı hər hansı müraciət almadığımız üçün xətt bağlı qalır. Adətən, növbəti ayla bağlı qərarlar əvvəlki aylarda alınan müraciətlər əsasında qəbul edilir. Müraciət alsaq, boru xəttini işə salmağa hazırıq", - şirkətdən bildiriblər.

Xatırladaq ki, Bakı-Supsa boru kəməri ilə neft nəqli mart ayında dayandırılmış və aprelin 1-17-də aparılımış təmir işlərindən sonra bərpa olunmuşdu. Daha sonra boru xətti ilə neft nəqli yenidən dayandırılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et