"Bakı-Sığorta" kapitalını artırır - AMMA TƏKRARSIĞORTA ÜÇÜN KİFAYƏT ETMƏYƏCƏK | Banco.az

"Bakı-Sığorta" kapitalını artırır - AMMA TƏKRARSIĞORTA ÜÇÜN KİFAYƏT ETMƏYƏCƏK

Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Bakı Sığorta” ASC-nin kapitalını artırır. Bakı Fond Birjasından verilən məlumata görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Bakı Sığorta” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiyanın şərtlərinə görə, şirkətin nominal qiyməti 760 manat olan 2434 ədəd səhminin buraxılması nəzərdə tutulur. Nəticədə şirkətin nizamnamə kapitalı 1 mln. 849 min 840 manat artaraq  8 mln. 373 680 manat təşkil edəcək. Amma bu artım şirkətə hələ təkrarsığorta lisenziyası almağa imkan vermir. Belə ki, hətta səhm yerləşdirməsindən sonra da şirkətin məcmu kapitalının həcmi indiki 5,1 milyon manatdan təqribən 7 milyon manata qalxacaq. Xatırladaq ki , təkrarsığorta lisenziyası üçün məcmu kapital 7,5 milyon manat olmalıdır.  "Bakı Sığorta"nın idarə heyətinin sədr müavini Ramin Məmmədov bildirib ki, təkrarsığorta fəaliyyəti şirkətin statusu və digər şirkətlərlə əlaqələri üçün mühüm faktor olsa da, gəlir maddələrində o qədər də mühüm yer tutmur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et