Bakı-Novorossiyskin fəaliyyəti bərpa olunub | Banco.az

Bakı-Novorossiyskin fəaliyyəti bərpa olunub

 "Ötən ay Bakı-Novorossiysk kəməri ilə neftin ötürülməməsi emal zavodlarının təmirə dayandırılması ilə əlaqədar olub".

Banco.az " APA"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın boru kəmərləri ilə ixrac etməyə istənilən həcmdə nefti var: "İyunda emal zavodlarını təmirə dayandırdıq və bu zaman yığılıb qalan nefti Bakı-Tbilisi-Ceyhan əsas boru xəttinə yönəltdik. Hazırda bütün kəmərlərimiz işlək vəziyyətdədir. Bizim istənilən kəmər vasitəsilə neft ixrac etmək imkanımız var".

Ən sərfəli kredit üçün müraciət et

SOCAR prezidenti bildirib ki, bu gündən etibarən Bakı-Novorosiysk kəmərinə neftin vurulmasına başlanılacaq.

"Bakı-Novorossiysk kəməri bizə lazımdır. Bu il ərzində bu kəmərlə təxminən 1,5 milyon barrel neft ixrac ediləcək", - deyə R. Abdullayev qeyd edib.