"Bakı limanı vasitəsilə tədarük 20 faiz artıb" | Banco.az

"Bakı limanı vasitəsilə tədarük 20 faiz artıb"

Azərbaycan Avropa ilə Asiya arasında əlaqələndirici halqa olmaq niyyətindədir.

Bunu bu gün ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, bu kontekstdə Ələt azad iqtisadi zonası və Bakı limanı vacib rol oynayacaq.

"Bizim inkişaf strategiyamız dayanıqlı "yaşıl" dəhlizin yaradılmasına yönəlib. Son dövrlərdə liman vasitəsilə tədarük 20 faiz artıb", - deyə o bildirib.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et