“Bakı Kart”ın nizamnamə kapitalı 3.7 milyon manat azaldılıb | Banco.az

“Bakı Kart”ın nizamnamə kapitalı 3.7 milyon manat azaldılıb

“K Group” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 23 000 009.99 manatdan 19 300 000 manata qədər azaldıldığını elan edir.

Şirkətin nizamnamə kapitalı 3,700,009.99‬ manat azaldılıb.

Xatırladaq ki, Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC 2014-cü ildə yaradılıb, qanuni təmsilçisi Məmməd Allahverdiyevdir.