“Bakı Fond Birjası”nın dövriyyəsi 1% artıb | Banco.az

“Bakı Fond Birjası”nın dövriyyəsi 1% artıb

Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 007,996 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,45% çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 5,1% artaraq 3 399 olub.

Ən sərfəli kredit üçün müraciət et

BFB-nin dövriyyəsinin 84,6%-i və yaxud 9 315,33 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 3,4% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 28,1% artaraq 849,748 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 54,5% artaraq 842,918 milyon manat olub.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et