​Bakı Fond Birjasında yeni təyinat olub | Banco.az

​Bakı Fond Birjasında yeni təyinat olub

Bakı Fond Birjası" QSC-də (BFB) yeni təyinat olub. Bu barədə "Report"a BFB-dən məlumat verib.

Məlumata görə, Birjanın ticarət və üzvlük qrupunun rəhbəri dəyişib. İndiyə qədər bu vəzifəni tutan Tələt Kalayev öz istəyi ilə işdən çıxıb. Onun yerinə BFB-nin əməkdaşı Rəxşəndə Əlili təyin edilib.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 6 300 səhm əsasında formalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı", "Kapital Bank", Azərbaycan Beynəlxalq Bankı və lisenziyası ləğv edilmiş "United Credit Bank"), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (Borsa İstanbul) var. ASB istisna olmaqla digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et