“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, o cümlədən kapital bazarlarında baş verən müsbət trendləri və ticarət həcmlərində müşahidə olunan artım templərini nəzərə alaraq Bakı Fond Birjası tərəfindən birjada ticarət üzrə xidmət haqlarına – ticarət tariflərinə yenidən baxılmışdır. Simulasiyalar və müqayisəvi təhlillər nəticəsində üstünlük təşkil edən istiqraz bazarı üzrəəməliyyatlardan tutulan xidmət haqqı iki dəfə aşağı salınmışdır.Ticarət həcmi əhəmiyyətli dərəcədə artan repo əməliyyatları üzrə də xidmət haqları sadələşdirilmişdir. Tariflərin aşağı salınması kapital bazarına əlavə investor bazasının cəlb edilməsi, marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və bazar iştirakçılarının xərclərinin azalması kimi məsələlərdə öz müsbət təsirini göstərəcək.
Aşağıda qeyd olunan təsdiqlənmiş dəyişikliklər1 Noyabr 2019-cu il tarixindən qüvvəyə minir :
Xidmət |
Köhnə tarif |
Yeni tarif |
Qeyd |
Dövlət və bələdiyyə qiymətli kağızların yerləşdirilməsi |
0.04% |
0.02% |
Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur. |
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi |
0.04% |
0.02% |
Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur. |
Korporativ istiqrazların yerləşdirilməsi |
0.04% |
0.02% |
Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər |
Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi istiqrazların yerləşdiriməsi |
0.04% |
0.02% |
Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər |
Repo əməliyyatları |
3 (üç) günədək, hər gün üçün 0,001%; 3 (üç) gündən artıq 0,003% |
0,001% |
Komissiya haqqı açılış əqdin həcmindən və hər iki tərəfdən tutulur (Azərbaycan Respublikasının Mərkəzi Bankıdan komissiya haqqı tutulmur) |
Yeni ticarət tarifləri Bakı Fond Birjasının internet səhifəsinin “Bazar və alətlər” bölməsində (https://bfb.az/tarifler/) yerləşdirilmişdir.