Müəllif - Aida İsaq, Banco.az
OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarı Qərbə böyük zərbə vurub.
Banco.az xəbər verir ki, bunu Böyük Britaniyanın "The Telegraph" qəzetinin köşə yazarı Melissa Louford bildirib. Onun sözlərinə görə, neftin yüksək qiymətləri inflyasiyanı stimullaşdıracaq. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı Qərbdən üz döndərərək Çinə doğru meyillənib. M.Louford bahalaşan neft qiymətlərinin Rusiyaya qarşı sanksiyaları yumşaldacağını və onun gəlirlərini artıracağını vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!