Bağlanmış bankların əmlakı satılacaq | Banco.az

Bağlanmış bankların əmlakı satılacaq

 Azərbaycanda ləğvetmə prosesində olan kommersiya banklarının əmlakının satışı açıq hərrac yolu ilə həyata keçiriləcək.

Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, hazırda bu məqsədlə iki hərrac mərkəzi ilə danışıqlar aparılır: “Bütün əmlakların qiymətləndirilməsi başa çatıb. Əvvəlcədən bu barədə məlumat veriləcək, əmlakın şəkli, ölçüləri, ilkin satış qiyməti bildiriləcək. İstənilən şəxs qaydalara uyğun olaraq beh ödəyəcək və hərrac mərkəzlərində bu hərraclar baş tutacaq. Prosesə həm ADIF, həm də bankların kreditorları nəzarət edəcək. Rübdə bir dəfə kreditorlara əmlakın satışı ilə bağlı hesabat veriləcək”. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et