Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
"Report" ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 6 350 549 manat, “Zaminbank”ın əmanətçilərinə 6 350 549 manat, “Kredobank”ın əmanətçilərinə 1 637 959 manat, “Dekabank”ın əmanətçilərinə isə 1 067 399 manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 15 406 456 manat ödəniş edilib.
Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.