Əgər 1 il öncəyə nəzər salsaq, bankların bir çoxunun Mərkəzi Bankın məcmu kapital normasına dair tələbini yerinə yetirə bilmədiyini görərik. Amma ötən il müddətində vəziyyət xeyli dəyişdi. Xüsusən də il sona yaxınlaşdıqca gərginlik artırdı.
Amma bu müddət ərzində kapital tələbini yerinə yetirməyə müvəffəq olan banklar da az olmadı:
Bank Milli İran
30 dekabr 2014-cü il tarixində Bank Milli İranın nizamnamə kapitalı Bankın Baş İdarəsi tərəfindən artırılaraq, 51 433 671.44 AZN həcminə catdırılıb. Bank Melli İran 87 ildir fəaliyyət göstərməkdə davam edən, 3300 filialı və 43000 işçisi olan nəhəng bir İran bankıdır.
Azər-Türk Bank
2014-cü ilin Dekabrın 30-da Bankdan verilən məlumata görə, hər birinin nominal dəyəri 1 manat olan 5.776.341 ədəd səhmin yerləşdirilməsi hesabına bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb. Sonuncu emissiyaya qədər Azər-Türk Bank-ın nizamnamə kapitalı 44.223.659 manat idi.
Hazırda Bankın səhmdarları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (75.00%), Türkiyə Respublikası Ziraat Bank (12,37 %), AzRe Təkrarsığorta ASC (6.55%), "Qala Həyat" Sığorta Şirkəti ASC (5.00%) və Ziraat Bank İnternational (1.08%).
Kövsər Bank
1 günə baş tutan emissiya sayəsində Kövsər Bank da kapitalını artıra bildi. Mətbuatda bu hadisə isə daha çox bankın satılması kimi gündəmə gəldi.
25 dekabr 2014-cü il tarixində nəzərdə tutulan emissiya gerçəkləşməsi sayəsində bank iflas olmaqdan qurtuldu.
Bank Avrasiya
Bank Avrasiya səhmlərinin nominal qiymətini artırması sayəsində, öz nizamnamə kapitalını artırmağa müvəffəq oldu.
İlin sona çatmasına çox az qalmış Bankın nizamnamə kapitalı 30 milyon manatdan 50 milyon manata, məcmu kapitalı isə 30,3 milyon manatdan 50,3 milyon manata çatdırıldı.
Deka Bank
Banka məxsus 47970 səhmin nominal dəyəri 500 manatdan 1100 manata qədər qədər artırılıb. Nəticədə bankın nizamnamə kapitalı 24 milyon manatdan 52,8 milyon manata qədər, məcmu kapitalı isə 30,8 milyon manatdan 59,6 milyon manat artıb:
AtraBank
AtraBank 26.11.2014 tarixinə məcmu kapitalı artaraq, 50 852 800 manata çatdırıb.
Bundan öncə 20.10.2014 tarixinə bankın nizamnamə kapitalı 6 448 000 manat artırılaraq 27 748 000 manata çatdırılmışdı
Günay Bank
“Günaybank” kapital problemini həll etmək məqsədi ilə 50 milyon manat civarında səhm emissiya edib. Səhm emissiyası çərçivəsində hər biri 4783 manat olan 10450 səhm satışa çıxarılıb.
2014-cü ilin Noyabrın 4-dən 7-nə qədər bu səhmlərin 3240-ı (15 milyon 497 min manatlıq hissəsi), noyabrın 11-dən 14-nə qədər isə 3025-i (14 milyon 469 min manatlıq hissəsi) satılıb. Nəticədə bankın kapitalı 21 milyon manatdan 50,97 milyon manata qədər artıb.
Parabank
2014-cü ilin Oktyabrın 3-də "Parabank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən Bankın nizamnamə kapitalı 50 milyon AZN-ə çatdırıldı. 26 avqust tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Parabank” ASC-nin hər birinin nominal dəyəri 200 AZN olan 100 000 ədəd adi səhmlərinin emissiyası qeydiyyata alınmışdı. Emissiya başa çatdıqda Bank 20 milyon AZN kapital cəlb etməyə müyəssər oldu.
Hələki taleyi naməlum olan banklar