Bacarıqlı kredit mütəxəssisləri axtarılır | Banco.az

Bacarıqlı kredit mütəxəssisləri axtarılır

ExpressBank mikro kredit sahəsi üzrə çalışmaq istəyən namizədlər axtarır.

Bu sahə ilə bağlı hal-hazırda Bankda bir neçə aktiv vakansiya mövcuddur.

Mikro kreditlər üzrə qrup rəhbəri (Bakı, Bərdə, Qusar və Xaçmaz şəhəri üzrə)(yeni)

Tələblər:

  • İqtisadi təhsil; 
  • Mikro kreditlərlə iş sahəsində 3-4 il təcrübə; 
  • Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı; 
  • Analitik düşüncə; 
  • İdarəetmə bacarığı; 
  • Әla ünsiyyət qurma və komandada işləmək bacarığı; 

Vəzifə öhdəlikləri:

  • Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkili və icra olunmasına nəzarət; 
  • Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət; 
  • Filialda mikro kredit məhsullarının birbaşa satış prosesinin effektiv təşkilində iştirak və onun düzgün icrasına nəzarət;   
  • Filialda mikro kredit sahəsində çalışan qrup əməkdaşlarının kredit portfelinin təhlili və nəzarəti. 
  • Mikro kreditlər üzrə mütəxəssislərə və qrup rəhbərlərinə daxili şərtlər daxilində göstərilən əmək haqqından əlavə bonusların verilməsi nəzərdə tutulur. 

Ən sərfəli kredit üçün müraciət et

Mikro kreditlər üzrə mütəxəssis (Bakı, Mingəçevir, Şirvan, Bərdə, Xaçmaz və Qusar şəhəri üzrə) (yeni)

Tələblər:

  • İqtisadi təhsil; 
  • Mikro kreditlərlə iş sahəsində müvafiq təcrübə; 
  • Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı; 
  • Analitik düşüncə; 
  • Әla ünsiyyət qurma və komandada işləmək bacarığı; 
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir. 

Vəzifə öhdəlikləri:

  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq; 
  • Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək; 
  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;  
  • Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;  
  • Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq. 

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.   

Ən sərfəli krediti almaq üçün müraciət et