Azexport portalı və “GS1 Azərbaycan” yeni mobil tətbiq işə salıb | Banco.az

Azexport portalı və “GS1 Azərbaycan” yeni mobil tətbiq işə salıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalının dəstəyi ilə yeni mobil tətbiq işə salınıb. Mobil tətbiq “GS1 Azərbaycan”ın məlumat bazasında və Azexport portalında qeydiyyatda olan məhsulların xüsusiyyətləri və istehsalçıları barədə məlumat almaq imkanı verir.

Xarici bazarlarda ştrixkodlar məhsulların keyfiyyətinin qoruması, təchizat zəncirinin idarə edilməsi və digər e-commersin tətbiqi baxımından əhəmiyyətli rol oynayır. Bu məqsədlə Azexport GS1 Azərbaycanla bir sıra birgə layihələr üzərində işləyir.

GS1 Azerbaijan mobil tətbiqi mobil cihaz vasitəsilə məhsulların üzərində yerləşdirilən ştrix-kodları skan edir və baza üzrə axtarış imkanı verir. GS1 bazasında aşkar edilməyən məhsulun saxta olduğunu və ya qeydiyyatdan keçmədiyini ehtimal etmək mümkündür.

Bunun üçün Android və ya İOS tətbiqi yükləyərək məhsulun üzərindəki barkodu cihazın kamerası ilə skan etmək kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Növbəti mərhələdə təqdim ediləcək həll Made in Azerbaijan məhsullarını saxtalaşdırmadan tamamilə qorumağa imkan yaradacaq. Blokçeyn texnologiyasına əsaslanan həll hər hansı bir məhsulun saxtalaşdırılmasını mümkünsüz edəcək.   

Qeyd edək ki, yeni mobil tətbiq “GS1 Azərbaycan”, EBRD-nin maliyyə və Azexport portalının texniki dəstəyi ilə hazırlanıb.

 

Mobil əlavə ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq mümkündür:

https://play.google.com/store/apps/details?id=com.gsnew