Ötən il "Azərsığorta" Dövlət Kommersiya şirkətinin mənfəəti azalıb. Şirkətin ötən ilin yekunlarına həsr olunmuş hesabatına istinadən verilən məlumata görə, şirkət 2013-cü ili 2 mln. 55 min manat mənfəətlə başa vurub. Bu 2012-ci illə müqayisədə 14,8% azdır. Ötən il "Azərsığorta"nın gəlirləri 49 mln. 673,6 min manat, xərcləri isə 47 mln. 618,1 min manat təşkil edib. Ötən il şirkətin aktivləri 28% artaraq 34 mln. 758,5 min manat olub.
2013-cü ildə "Azərsığorta"nın nizamnamə kapitalı 40% artaraq 7 milyon manata, məcmu kapitalı isə 24,8 % artaraq 9 mln. 253,3 min manata çatıb.
2013-cü ildə "Azərsığorta"nın büdcə və qeyri-büdcə ödəmələri 2 mln. 272,5 min manat təşkil edib. Bundan 1 mln. 625,8 min manat dövlət büdcəsinə, 523,7 min manat Dövlət Sosial Müdafiə Fonduna, 123 min manat isə məcburi ödəmələrə aid olub.
Mənbə: fins.az