"Azərpoçt"dan bank xidmətləri gözlənilir | Banco.az

"Azərpoçt"dan bank xidmətləri gözlənilir

Azərbaycanın poçt operatoru "Azərpoçt" yaxın gələcəkdə banklara məxsus olan bütün xidmətləri göstərmək imkanına malik olacaq. Bu barədə Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi "Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların  forması, məzmunu və dövriliyinə dair Göstəriş"dən məlum olur.

Ən sərfəli kredit üçün müraciət et

Sənədə əsasən, "Azərpoçt" banklarda olduğu kimi kredit və debet kartları buraxacaq, eləcə də poçt əmanətləri qəbul edəcək. Bundan başqa, "Azərpoçt"un öz bankomatları və pos-terminalları, burada banklarda olduğu kimi, poçt hesabları da açmaq mümkün olacaq. Poçt operatorunun xaricdə və ölkə daxilində törəmə müəssisələr yaratmaq imkanları da var.

fins.az