"Azərkosmos"un xidmət ixracı 83 faiz artıb | Banco.az

"Azərkosmos"un xidmət ixracı 83 faiz artıb

2019-cu ilin yanvar-iyul aylarında "Azərkosmos" ASC dünyanın 22 ölkəsinə xidmət ixrac edib. Avqust ayı üçün elan edilən "İxrac icmalı"na əsasən, peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətlərinin ümumi həcmi 25,5 milyon ABŞ dolları dəyərində olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 7 ayında xidmət ixracının həcmi 82 faiz artıb.

"Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2019-cu ilin iyul ayında isə qurum tərəfindən dünyanın 21 ölkəsinə 6,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. Bu ilin yanvar-iyul aylarında xidmət ixracının həyata keçirildiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et