Nazirlər Kabineti “Azərişıq” ASC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə 14 may 2015-ci il tarixli qərarında dəyişiklik edib.
Qərara əsasən, səhmdar cəmiyyətin nizamnamə kapitalı 575 mln. manat və yaxud 64,9% artırılaraq 885 633 532 manatdan 1 460 633 532 manata çatdırılıb.
Bunun üçün “Azərişığ”ın dövriyyədə olan, hər birinin nominal dəyəri 2 manat olan səhmlərinin sayı 442 816 766-dan 730 316 766 –ya çatdırılıb.
Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatasına, eləcə də “Azərişığ”a bu qərardan irəli gələn məsələləri həll etsinlər.
Mənbə: Report.az